İran və ABŞ arasında danışıqlar Türkiyə və ya Qətərdə keçirilə bilər
İran və ABŞ arasında birbaşa danışıqların Türkiyə və ya Qətərdə keçirilməsi ehtimalı gündəmə gəlib. İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəhaşayeş Ərdəstani bu ölkələrdən birinin görüşlərə ev sahibliyi edə biləcəyini bildirib. Onun fikrincə, mövcud müharibə vəziyyətinə son qoymaq üçün tərəflər arasında danışıqların aparılması vacibdir.
Crossmedia.az bu barədə "Haber Global"a istinadən xəbər verir ki, Ərdəstani iki ölkə arasında birbaşa müzakirələrin Türkiyə və ya Qətərdə təşkilinin mümkün olduğunu qeyd edib.
O, münaqişənin dayandırılması üçün diplomatik təmasların əhəmiyyətini vurğulayıb.
22:00 01.11.2026
Oxunuş sayı: 51