Avropa Komissiyası Polşada Konstitusiya Tribunalı ilə bağlı Tuskun mövqeyini dəstəkləyib
Avropa Komissiyası Polşada Konstitusiya Tribunalı ətrafında yaranan mübahisədə Baş nazir Donald Tuskun mövqeyini dəstəkləyib. Qurum hesab edir ki, tribunal Polşa Konstitusiyasına və Avropa İttifaqı Ədalət Məhkəməsinin hüquqi təcrübəsinə uyğun fəaliyyət göstərməlidir. Yeni hakimlərin təyin edilməsi səlahiyyətinin isə Polşa Seyminə aid olduğu bildirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Avropa Komissiyasının demokratiya, ədalət və qanunun aliliyi məsələləri üzrə komissarı Maykl Makqrat bildirib ki, Venesiya Komissiyası yeni hakimlərin təyin edilməsinin Polşa Seyminin səlahiyyətinə aid olduğunu açıq şəkildə bəyan edib.
20:38 01.11.2026
Oxunuş sayı: 53