Finlandiya sakinlərinin 67 faizi Rusiya ilə münasibətlərin normallaşmasına qarşıdır
Finlandiya sakinlərinin əksəriyyəti Rusiya ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ilta-Sanomat nəşri sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Sorğuda iştirak edənlərin 67 faizi Finlandiyanın hazırda Rusiya ilə münasibətləri normallaşdırmağa başlamamalı olduğunu düşünür. Respondentlərin 38 faizi bu fikirlə qəti şəkildə razılaşmadığını, 29 faizi isə müəyyən qədər razılaşmadığını bildirib.
Bununla yanaşı, sorğu iştirakçılarının 25 faizi iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin dərhal başlamasını dəstəkləyib. Respondentlərin 7 faizi isə suala münasibət bildirməyib.
20:40 01.11.2026
Oxunuş sayı: 55