Helloven şirniyyatlarından iynə və maqnit tapılıb
Almaniyada Hellouin bayramı zamanı uşaqların topladığı şirniyyatlarda təhlükəli əşyalar aşkarlanıb. Bəzi konfetlərin içərisindən iynə və maqnitlər tapılıb. Hadisələrin Reynland-Pfalz və Türingiya federal torpaqlarında qeydə alındığı bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Məlumata görə, təhlükəli əşyalar yalnız konfetlərin içərisində deyil, onların qablaşdırmalarında da aşkarlanıb. Ehtimala görə, naməlum şəxslər bu yolla uşaqlara qəsdən zərər verməyə çalışıblar.
Qeyd edək ki, buna bənzər hadisə 2021-ci ildə ABŞ-da da qeydə alınıb. Həmin vaxt şirniyyatların içərisində iynələrin tapıldığı barədə məlumat yayılmışdı.
21:30 01.11.2026
Oxunuş sayı: 58