Maqnit qasırğası başa çatıb
Oktyabrın 31-də axşam saatlarında başlayan maqnit qasırğası sona çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Günəş küləyinin göstəriciləri son bir neçə saat ərzində azalıb, geomaqnit indeksləri isə yenidən yaşıl zonaya qayıdıb.
Alim qeyd edib ki, Yer kürəsi hələ tam olaraq Günəşdəki tac dəliyinin təsir zonasından çıxmayıb. Bununla belə, hazırkı təsir səviyyəsi yeni maqnit qasırğasının yaranması üçün kifayət etmir.
Geomaqnit pozuntuları oktyabrın 31-də Günəşdəki tac dəliyinin təsiri nəticəsində başlayıb. Alimlərin ilkin proqnozlarına görə, bu təsirin maqnit qasırğası səviyyəsinə çatacağı gözlənilməsə də, Moskva vaxtı ilə saat 22:00 radələrində G2 səviyyəli (orta güclü) maqnit qasırğası qeydə alınıb.
Hadisə Rusiyanın müxtəlif bölgələrində yüksək intensivlikli qütb parıltılarının müşahidə olunmasına səbəb olub.
23:15 01.11.2026
Oxunuş sayı: 50