Ingla School Crossmedia.az-ı təbrik edib
“Ingla School Baku” Crossmedia.az analitik xəbər portalını fəaliyyətinin ildönümü münasibətilə təbrik edib.
Təbrik məktubunda portalın ictimai əhəmiyyət daşıyan mövzulara analitik yanaşması, müxtəlif mövqeləri təqdim etməsi və əsaslandırılmış müzakirələrin təşviqindəki rolu yüksək qiymətləndirilib.
Məktubda təhsil məsələlərinə göstərilən diqqət və bu sahədə mütəxəssis fikirlərinə yer ayrılması da xüsusi vurğulanıb. Qeyd edilib ki, təhsil və media arasında səmərəli dialoq cəmiyyətin maariflənməsinə dəyərli töhfə verir.
Ingla School rəhbərliyi Crossmedia.az kollektivinə peşəkar nailiyyətlər, uğurlu layihələr və davamlı inkişaf arzulayıb. Həmçinin portalın oxucu etimadının möhkəmlənməsi, nüfuzunun və təsir dairəsinin genişlənməsi dilə gətirilib.
Qeyd edək ki, “Ingla School Baku” Azərbaycanda xarici dillərin tədrisi, IELTS, SAT və digər beynəlxalq imtahanlara hazırlıq, xaricdə təhsil və peşəkar təlim proqramları üzrə ixtisaslaşmış özəl təhsil şirkətidir.
10:12 02.11.2026
Oxunuş sayı: 66