Qətərə məxsus LNG gəmisi Fars körfəzində atəşə tutulub
Pakistan istiqamətində hərəkət edən Qətərə məxsus “Al Mayeda” mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Fars körfəzində naməlum mərmilərin hədəfinə çevrilib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, İran gəminin hərəkətinə hücumdan bir neçə saat əvvəl icazə verib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir tərəf üzərinə götürməyib.
08:00 02.11.2026
Oxunuş sayı: 47