Klinton: Tramp həqiqətən Putinə heyranlıq duyur
ABŞ-nin sabiq Prezidenti Bill Klinton hazırkı dövlət başçısı Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə heyranlıq duyduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Klintonun sözlərinə görə, Tramp təkcə Putinə deyil, Çin və Şimali Koreya liderlərinə də heyranlığını nümayiş etdirir.
“Tramp həqiqətən Putinə heyranlıq duyur. O, hətta bir çox məsələlərdə rəqibimiz olan Çin liderinə də heyranlıq bəsləyir. Şimali Koreya prezidenti ilə də öyünüb”, – deyə sabiq Prezident bildirib.
Klinton Trampın bu ölkələrin rəhbərlərinə münasibətini tənqid edərək onun xarici siyasət yanaşmasına dair narahatlığını ifadə edib.
13:43 02.11.2026
Oxunuş sayı: 55