ABŞ-də hamı üçün dövlət tibbi sığortası təklif edilib
ABŞ-də ictimai səhiyyə üzrə ekspert Abdul El-Sayed tibbi sığortanın kommersiya məhsulu olmaqdan çıxarılaraq bütün vətəndaşlar üçün əlçatan edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-də ictimai səhiyyə üzrə ekspert Abdul El-Sayed bu barədə açıqlamasında bildirib.
O, ABŞ-də müzakirə olunan “Medicare for All” (Hamı üçün tibbi sığorta) modelinin Böyük Britaniyanın səhiyyə sistemi ilə müqayisə edilməsinə münasibət bildirib.
“Böyük Britaniyada vahid ödəyici deyil, vahid xidmət təminatçısı modeli mövcuddur. Mənim müdafiə etdiyim sistem bu deyil”, – deyə El-Sayed qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ildə tibbi sığortanın ayrıca satılan kommersiya məhsulu olması zəruri deyil.
“Tibbi sığortanı sadəcə hər kəsə təmin etmək olar. Bu, hökumətin səhiyyəni tam nəzarətə götürməsi deyil, əksinə, səhiyyə bazarının daha sərbəst fəaliyyət göstərməsinə imkan yaradılmasıdır”, – deyə o vurğulayıb.
El-Sayed hesab edir ki, universal tibbi sığorta sisteminə keçid səhiyyə xidmətlərinin mütləq dövlət tərəfindən göstərilməsi demək deyil.
Onun bu mövqeyi “Medicare for All” proqramının bütün amerikalılar üçün tibbi sığorta təmin etməsi, lakin xəstəxana və həkimlərin mütləq dövlətə məxsus olmasını tələb etməməsi prinsipinə əsaslanır.
14:01 02.11.2026
Oxunuş sayı: 50