Paşinyan Rusiyanı Ermənistana qarşı “gizli plan”ı dəstəkləməkdə ittiham edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin iqtisadi öhdəliklərini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyan “gizli plan”ın mövcud olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, “Minval Politika” bu barədə məlumat yayıb.
Paşinyanın sözlərinə görə, müəyyən qüvvələr qarşısında Ermənistanın planlaşdırdığı iqtisadi öhdəlikləri yerinə yetirməsinə mane olmaq vəzifəsi qoyulub.
“Ermənistanda bütün bu prosesi müəlliflərinin özlərinin ‘gizli plan’ adlandırdıqları şərti bir ifadə ilə xarakterizə etmək olar”, – deyə o bildirib.
Baş nazir iddia edib ki, sözügedən plan Avrasiya İqtisadi İttifaqında (Aİİ) və Rusiya Federasiyasında müəyyən dairələrin dəstəyini alır.
“Gizlətmək istəmirəm ki, bu plan Aİİ-də və Rusiya Federasiyasında müəyyən dairələr tərəfindən də dəstəklənir”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan daha əvvəl də Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətləri ölkəsində siyasi qeyri-sabitlik yaratmaq cəhdləri ilə əlaqələndirib
13:46 02.11.2026
Oxunuş sayı: 55