TRIPP layihəsi ilə bağlı növbədənkənar delimitasiya işləri aparıla bilər
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan TRIPP layihəsinin infrastrukturu ilə bağlı ərazilərdə növbədənkənar delimitasiya və demarkasiya işlərinin aparılmasının yüksək ehtimal olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan mediası bu barədə məlumat yayıb.
Qriqoryanın sözlərinə görə, Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işlərin yaxın zamanda davam etdirilməsinə ümid edir.
O qeyd edib ki, növbəti mərhələnin başlanması və müddəti ilə bağlı hələlik razılıq əldə olunmayıb.
“Düşünürəm ki, bu məsələni müzakirə edəcək, razılığa gələcək və yaxın zamanda işləri davam etdirəcəyik”, – deyə Baş nazirin müavini bildirib.
Qriqoryan TRIPP layihəsi çərçivəsində Sünik (Zəngəzur) bölgəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərin layihələndirilməsinin nəzərdə tutulduğunu da açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi layihələndirmə işlərinə TRIPP şirkətinin yaradılmasını gözləmədən başlamağı planlaşdırır.
13:39 02.11.2026
Oxunuş sayı: 56