ABŞ-də aralıq seçkiləri nə vaxt keçiriləcək?
ABŞ-də Konqresin gələcək tərkibini müəyyənləşdirəcək aralıq seçkilər noyabrın 3-də keçiriləcək. İlkin nəticələrin isə noyabrın 4-də məlum olmağa başlaması gözlənilir.
Crossmedia.az xəbər verir ki, “Associated Press” və digər ABŞ media qurumları seçkilərin nəticələrini səsvermə məntəqələri bağlandıqdan sonra yayımlamağa başlayacaqlar.
Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda mübarizə aparılacaq. Səsvermənin nəticələri Konqresdə siyasi qüvvələr nisbətini müəyyən edəcək.
İlk seçki məntəqələri ABŞ-nin şərq sahili vaxtı ilə noyabrın 3-də saat 18:00-da bağlanacaq. Bu isə Bakı vaxtı ilə noyabrın 4-ü saat 03:00-a təsadüf edir.
Ştatlar arasında saat fərqləri olduğundan nəticələr mərhələli şəkildə açıqlanacaq. İlkin nəticələrin böyük hissəsinin noyabrın 4-də məlum olması gözlənilsə də, bəzi dairələrdə səslərin hesablanması bir neçə gün davam edə bilər.
Yekun rəsmi nəticələr isə ştatların seçki qanunvericiliyinə uyğun olaraq səslərin yoxlanılması və təsdiqlənməsindən sonra elan ediləcək. Bu proses bəzi ştatlarda bir neçə həftə çəkə bilər.
Qeyd edək ki, seçkilərin nəticələri ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin qalan iki ilində qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına təsir göstərəcək.
14:15 02.11.2026
Oxunuş sayı: 52