Tbilisinin mərkəzində güclü yanğın
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində güclü yanğın baş verib. Alovun şəhərin məşhur “Dezertirka” bazarının ticarət sıralarına yayıldığı bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan paytaxtında baş verən yanğınla bağlı məlumat yayıb.
İlkin məlumatlara görə, yanğın Dəmiryol Vağzalı meydanı yaxınlığındakı piyada körpüsündə başlayıb.
Alovun qısa müddətdə genişlənərək yaxınlıqda yerləşən “Dezertirka” bazarının ticarət obyektlərinə keçdiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və yanğının əhatə etdiyi ərazi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Yanğının başvermə səbəbi də məlum deyil.
16:53 02.11.2026
Oxunuş sayı: 66