Noyabrda bürcləri nə gözləyir?
İlin sonuna doğru yaxınlaşdıqca insanlar geridə qalan ayların nəticələrini
dəyərləndirməklə yanaşı, qarşıdakı dövr üçün yeni planlar qurmağa başlayırlar.
Noyabr ayı da bu baxımdan xüsusi maraq doğurur. Payızın son ayı olan noyabr bir
çoxları üçün yarımçıq qalan işləri tamamlamaq, mühüm qərarlar vermək, şəxsi
münasibətləri yenidən nəzərdən keçirmək və ilin sonuna hazırlıq görmək
dövrüdür. Bu mərhələdə insanların diqqəti yalnız gündəlik hadisələrə deyil,
gələcəkdə baş verə biləcək dəyişikliklərə də yönəlir.
Astrologiyaya maraq göstərənlər üçün isə hər ayın özünəməxsus mənzərəsi var.
Planetlərin hərəkəti, onların qarşılıqlı mövqeyi və bürclərlə əlaqəsi astroloji
şərhlərdə insanların həyatına təsir göstərə biləcək amillər kimi təqdim olunur.
Xüsusilə sevgi və ailə münasibətləri, iş və karyera, maliyyə vəziyyəti, eləcə
də şəxsi inkişafla bağlı proqnozlar hər zaman diqqət çəkir. Bəzi bürclər üçün
noyabr yeni imkanların və uğurlu başlanğıcların ayı kimi xarakterizə oluna
bilər, digərləri üçün isə səbirli olmaq, tələsik qərarlardan çəkinmək və mövcud
problemləri həll etmək ön plana çıxa bilər.
Noyabrın gəlişi ilə birlikdə bürclər üzrə proqnozlara maraq da artır. İnsanlar bu ayın onlara hansı fürsətləri təqdim edəcəyini, hansı məsələlərdə daha diqqətli davranmalı olduqlarını və şəxsi həyatlarında hansı yeniliklərin baş verə biləcəyini öyrənmək istəyirlər. Bununla belə, astroloji proqnozların elmi əsaslı gələcək təsviri deyil, inanclara və astroloji şərhlərə söykənən yanaşma olduğunu da nəzərə almaq lazımdır.

Crossmedia.az-a açıqlama verən astroloq Nərmin Zeynalova bildirib ki, hazırda
noyabrın birinci yarısında səmada Merkuri və Venera olmaqla iki retroplanet
müşahidə olunur:
“Bu retroqrad hərəkət bütün bürclərə təsir göstərəcək. Hər iki planetin
retro hərəkətdə olduğu dövrdə bəzi qərarları təxirə salmaq məsləhət görülür.
İlk növbədə, ayın 20-nə qədər işdən çıxmaq, yeni işə başlamaq, mühüm
sənədlərə imza atmaq və texnika, xüsusilə elektrik cihazları və telefonlar
almaq tövsiyə edilmir. Bu müddətdə insanlar daha çox səhvlərə yol verə
bilərlər. Merkuri retrosunun təsiri ilə bağlı bu cür hallara anlayışla yanaşmaq
lazımdır.
Retro Venera isə keçmiş münasibətlərin yenidən gündəmə gəlməsinə səbəb ola
bilər. Uzun müddət əvvəl ayrıldığımız insanlardan xəbər ala, hətta onların
yenidən həyatımıza qayıtması ilə qarşılaşa bilərik. Ancaq bu dövrdə keçmiş
münasibətləri bərpa etmək məsləhət görülmür. Çünki belə addımların müsbət
nəticələnməyəcəyi ehtimal olunur. Ona görə də keçmişi keçmişdə saxlamaq daha
yaxşıdır.
Noyabrın son 10 günündə planetlər birbaşa hərəkətə qayıdacaqlar. Bu dövrdən
etibarən daha rahat qərarlar vermək və yeni işlərə başlamaq mümkün olacaq. Ayın
20-nə qədər isə mövcud işləri tamamlamaq daha məqsədəuyğundur.
Retro Venera dövründə evlilik təklifi etmək və ya rəsmi nikaha daxil olmaq
da məsləhət görülmür. Burada söhbət toy mərasimindən deyil, nikahın rəsmi
qeydiyyatından, yəni VVAQ orqanlarında imza atılmasından gedir. Toy mərasimi
keçirmək mümkündür, lakin rəsmi nikahın bu dövrdə qeydə alınması astroloji
baxımdan uğurlu hesab edilmir. Belə nikahların qısamüddətli ola biləcəyi
ehtimal edilir.
Bu təsirlərin xüsusilə Əqrəb bürcündən olan insanlarda daha güclü hiss
ediləcəyi bildirilir. Bu, həm Günəş bürcü, həm də yüksələn bürcü Əqrəb olanlara
aiddir”.
16:00 02.11.2026
Oxunuş sayı: 64