Finlandiya Fransanın nüvə təşəbbüsünə qoşulub
Finlandiya Fransanın Avropada nüvə çəkindirmə imkanlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsünün icrasına rəsmi şəkildə başlayıb.
Crossmedia.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb bu barədə noyabrın 2-də Helsinkidə keçirilən Milli Müdafiə Kursunun açılışında bildirib.
Stubbun sözlərinə görə, Fransa ilə nüvə çəkindirmə sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində praktiki işlər ötən həftə başlanıb.
Prezident qeyd edib ki, bu əməkdaşlıq Avropanın müdafiə imkanlarının gücləndirilməsinə və kollektiv təhlükəsizliyin artırılmasına xidmət edəcək.
Təşəbbüs tərəfdaş ölkələrin birgə hərbi təlimlərdə iştirakını, strateji məsləhətləşmələrin aparılmasını, eləcə də Fransanın strateji hava qüvvələrinin bəzi elementlərinin müvəqqəti olaraq digər Avropa ölkələrində yerləşdirilməsi imkanlarını nəzərdə tutur.
Stubb bildirib ki, Fransa ilə əməkdaşlığın yekun formatı hələ müəyyənləşdirilməyib və mümkün variantlar barədə qərarlar ətraflı qiymətləndirmələrdən sonra qəbul olunacaq.
Qeyd edək ki, Finlandiya sentyabrın 14-də Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub. Oktyabrın 27-də isə Parisdə iki ölkənin nüvə sahəsində əməkdaşlığı üzrə birgə rəhbər qrupunun ilk iclası keçirilib.
Hələlik Finlandiya ərazisində Fransa nüvə silahlarının yerləşdirilməsi barədə qərar qəbul edilməy
16:37 02.11.2026
Oxunuş sayı: 55