“Trabzonspor” – “Beşiktaş” matçında qol vurulmayıb
Türkiyə Qadın Futbol Super Liqasının IX turunda “Trabzonspor” və “Beşiktaş” komandaları arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatı bu barədə məlumat yayıb.
“Trabzonspor”un ev sahibliyi etdiyi görüşdə tərəflər fərqlənə bilməyiblər.
Beləliklə, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.
Görüş noyabrın 2-də Trabzondakı Kadir Özcan idman kompleksində keçirilib.
Bu nəticədən sonra “Beşiktaş” xallarının sayını 20-yə, “Trabzonspor” isə 19-a çatdırıb.
17:56 02.11.2026
Oxunuş sayı: 54