Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla danışıqları davam etdirmək və razılaşma əldə etmək istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “New York Post” nəşrinə müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Tehran Vaşinqtonla təmaslarını davam etdirir və mümkün razılaşmada maraqlıdır.
“Onlar danışmaq istəyirlər və danışıqları davam etdirirlər. Razılaşma əldə etmək istəyirlər. Görək, razılaşma mümkün olacaqmı”, – deyə Tramp bildirib.
Prezident eyni zamanda İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb.
Tramp Vaşinqtonun Tehranla mümkün razılaşmaya açıq olduğunu bildirsə də, danışıqların nəticəsi barədə konkret məlumat verməyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı və Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqları davam edir. Tehran diplomatik həllə hazır olduğunu bildirsə də, tərəflər arasında yekun razılaşma əldə olunmayıb.
17:20 02.11.2026
Oxunuş sayı: 50