Azərbaycanlı karateçi gümüş medal qazanıb
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Karate Federasiyası məlumat yayıb. 14–15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.
18:41 02.11.2026
Oxunuş sayı: 65