Çin və Pakistan əməkdaşlığı gücləndirir
Çin və Pakistan arasında strateji tərəfdaşlığın genişləndirilməsi, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, görüş Pakistan ordusunun rəhbəri Asim Munir ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin naziri Liu Hayşin arasında Ravalpindidə keçirilən görüşdə baş tutub.
Tərəflər ikitərəfli münasibətlərin inkişafı, təhlükəsizlik sahəsində əməkdaşlıq və xalqlararası əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Liu Hayşin Pakistanın xarici işlər naziri İshaq Darla da görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin və əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, ötən həftə Çin və Pakistan yanlış məlumatlarla mübarizə, mədəni mübadilə və beyin mərkəzləri arasında əməkdaşlığı nəzərdə tutan Çin-Pakistan İnformasiya Dəhlizini istifadəyə verib.
19:26 02.11.2026
Oxunuş sayı: 51