Üç marşrutun hərəkət sxemi dəyişdiriləcək
Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi–Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası-Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi–Türkan bağları–Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.
19:18 02.11.2026
Oxunuş sayı: 69