Polşa Kalininqrad istiqamətindən hücuma hazırlaşır
Polşa Kalininqrad vilayəti istiqamətindən silahlı qrupların ölkə ərazisinə daxil ola biləcəyi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
Crossmedia.az xəbər verir ki, RMF24-ün məlumatına görə, Polşa sərhəd bölgəsinə əlavə polis qüvvələri, o cümlədən xüsusi təyinatlı bölmələr göndərib.
Əməliyyata ordu, sərhəd xidməti və xüsusi xidmət orqanları da cəlb olunub.
19:41 02.11.2026
Oxunuş sayı: 65