Yavər Rzayevin 70 illiyi Film Fondunda qeyd edilib
Noyabrın 2-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor və ssenarist, Əməkdar incəsənət xadimi Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və yaradıcılığından danışaraq onun bədii və sənədli filmlərini təhlil edib.
Sonra çıxış edən Xalq artisti Siyavuş Kərimi, Əməkdar incəsənət xadimləri Elxan Cəfərov, Rövşən Quliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi, sənətşünaslıq doktoru Hatəm Əsgərov yubilyara təbriklərini çatdırıblar, ona yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirin sonunda Yavər Rzayevin 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Bizim Həsən müəllim” filmi nümayiş etdirilib.
19:04 02.11.2026
Oxunuş sayı: 58