Krit adası yaxınlığında zəlzələ olub
Yunanıstanın Krit adası sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bu barədə məlumat yayıb.
Yeraltı təkanlar noyabrın 2-də, bazar ertəsi yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələnin episentri Yunanıstanın ən cənub şəhəri olan İerapetradan 115 kilometr cənub-şərqdə yerləşib.
Ocağın 17 kilometr dərinlikdə olduğu bildirilir.
23:44 02.11.2026
Oxunuş sayı: 54