Rubinyan Ermənistanın yeni konstitusiyasından danışıb
Ermənistanın yeni Konstitusiyasında erməni dilinin ölkənin yeganə dövlət dili olduğunu təsbit edən maddənin dəyişdirilməsi mümkün olmayacaq. Bu barədə parlamentin sədri Ruben Rubinyan açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Rubinyan bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb.
Onun sözlərinə görə, yeni Konstitusiyada erməni dilinin dövlət dili statusunu müəyyən edən maddə dəyişdirilməz olacaq. Beləliklə, gələcəkdə dövlət dilinin dəyişdirilməsi və ya başqa dillərə də bu statusun verilməsi mümkün olmayacaq.
Rubinyan bildirib ki, bu addım erməni milli kimliyinin əsas dayaqlarından biri olan dilin qorunmasına xidmət edir.
O, rus və ingilis dillərinə dövlət dili statusunun verilməsi ilə bağlı təklifləri də tənqid edərək Ermənistan üçün yeni dövlət dillərinə ehtiyac olmadığını vurğulayıb. Parlament sədri müxalifəti də bu dəyişikliyin qəbuluna mane olmamağa çağırıb.
22:12 02.11.2026
Oxunuş sayı: 55