Korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı deyilir.
Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil. (Bakupost)
21:32 02.11.2026
Oxunuş sayı: 61