Bolqarıstan sahillərində Milad bəzəkləri olan konteyner aşkarlanıb
Bolqarıstan sahillərində qayalıqlara ilişib qalan Milad bəzəkləri ilə dolu yük konteynerinin ətrafında mühafizə perimetri yaradılıb.
Crossmedia.az xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, konteyner noyabrın 2-də Burqas vilayətinin Qara dəniz sahilində yerləşən Tsarevo şəhəri yaxınlığında aşkarlanıb.
Nazirlikdən bildirilib ki, Sərhəd Polisi İdarəsi konteynerin ətrafındakı ərazinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görüb.
Qurumun açıqlamasına əsasən, mövcud məlumatlarda konteynerin yükü Milad bəzəkləri kimi qeyd olunub.
23:59 02.11.2026
Oxunuş sayı: 40