16:35 28.09.2026
TOKİ 47 vilayətdə 383 arsanı hərraca çıxarır
48
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi 47 vilayətdə yerləşən 383 arsanı açıq hərraca çıxaracaq.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası məlumat yayıb. Satışa çıxarılan torpaqlar yaşayış, ticarət, turizm, təhsil, kənd təsərrüfatı, sənaye, idman, logistika, rekreasiya və digər təyinatlı sahələri əhatə edir.
Alıcılar arsaları 25 faiz ilkin ödəniş və 48 ay müddətinə əldə edə biləcəklər. Bəzi daşınmaz əmlaklar isə nağd ödənişlə satılacaq və bu halda 15 faiz endirim tətbiq olunacaq.
Ümumi dəyəri 10 milyard 358 milyon 647 min 195 lirə olan və ümumi sahəsi 1 milyon 684 min 690 kvadratmetr təşkil edən arsalar Adana, Ankara, İstanbul, İzmir, Antalya, Qaziantep və digər şəhərlərdə yerləşir.
Açıq hərraclar sentyabrın 29-30-da saat 10:30-da Ankara Bilkent Otel və TOKİ İstanbul Xidmət Binasında keçiriləcək. İştirakçılar onlayn şəkildə də təklif verə biləcəklər.