Azərbaycan və Küveyt ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycan və Küveyt ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, torpaqların bərpası və ərzaq ticarəti sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Crossmedia.az KUNA-ya istinadən xəbər verir ki, bu məsələlər Küveytin inkişaf və dayanıqlılıq üzrə dövlət naziri Rim əl-Fuleyc ilə Azərbaycanın səfiri Emil Kərimovun görüşündə nəzərdən keçirilib.
Görüş Küveytin Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət İdarəsində keçirilib.
Tərəflər kənd təsərrüfatı və torpaqların bərpası sahəsində təcrübə mübadiləsi, eləcə də iki ölkə arasında ərzaq məhsulları ilə ticarət həcminin artırılması imkanlarını nəzərdən keçiriblər.
Bundan əlavə, ekoloji siyasətin dəstəklənməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün qarşılıqlı fəaliyyətin və koordinasiyanın genişləndirilməsi müzakirə edilib.
17:29 14.10.2026
Oxunuş sayı: 55