İranı “Uhan laboratoriyası”na bənzətdi – ABŞ səfirindən sərt sözlər
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İranı “Uhan laboratoriyası”na bənzədərək, ölkəni radikalizmin və ABŞ əleyhinə qüvvələrin yayılmasında ittiham edib.
Crossmedia.az xəbər verir ki, Mayk Hakabi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Hakabinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranı “Uhan laboratoriyası” kimi görür. Diplomat iddia edib ki, “cihadizm infeksiyası” məhz İrandan yayılıb və Tehran HƏMAS, “Hizbullah” və husilər vasitəsilə “zəhər” yayır.
“İrana bağlı bu qrupların ABŞ-yə qarşı nifrəti İsrailə qarşı nifrətdən heç də az deyil”, – Hakabi bildirib.
09:54 16.08.2026
Oxunuş sayı: 45