Tusk Polşanın əsas təhlükəsini unutmamağa çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin təhlükəsizliyinə zərər vurmağa və diqqəti Rusiyadan gələn real təhlükədən yayındırmağa çalışan daxili qüvvələr barədə xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tusk bildirib ki, bəzi siyasi qüvvələr Polşanı yaxın müttəfiqlərindən uzaqlaşdırmağa çalışır və cəmiyyətdə əsas təhlükənin Avropa, Ukrayna və ya Avropa İttifaqı olduğu fikrini yayırlar.
“Onlar Rusiyanı – sərhədlərimizin yaxınlığında müharibə aparan təhlükəli qonşunu unudurlar. Bəzən bu müharibə bizim sərhədlərimizə də daxil olur”, – deyə Tusk qeyd edib.
Baş nazir vurğulayıb ki, Polşa öz müdafiə qabiliyyətinin və təhlükəsizliyinin xəyanət, axmaqlıq və çirkli maraqlar səbəbindən zəifləməsinə imkan verməməlidir.
Tusk, həmçinin ölkənin əsas vəzifələrindən birinin müttəfiqlərlə əməkdaşlığı qorumaq və təhlükəsizlik sahəsində birliyi təmin etmək olduğunu bildirib.
20:35 15.08.2026
Oxunuş sayı: 40