“Meta” uşaqların təhlükəsizliyini qorumadığı üçün 567 milyon dollar cərimələnib
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə uşaqların “Facebook” və “Instagram” daxil olmaqla “Meta” platformalarında təhlükəsizliyinin lazımi səviyyədə təmin edilmədiyi qənaətinə gəlib və şirkəti 567 milyon dollar cərimələyib.
Crossmedia.az xəbər verir ki, məhkəmə “Meta”nı ictimai narahatlıq yaradan qurum kimi qiymətləndirib və şirkətin uşaqlar üçün təhlükəsizlik risklərinin, eləcə də cinsi istismarın mümkün nəticələrini bildiyi halda lazımi tədbirləri görmədiyini bildirib.
Qərarla “Meta”nın bu iş üzrə ümumi cərimələrinin məbləği təxminən 1 milyard dollara çatıb. Şirkət həmçinin bir sıra siyasətlərini dəyişməli, o cümlədən uşaqların süni intellekt çat-botlarından böyüklərlə bağlı söhbətlər üçün istifadəsinin qarşısını almalıdır. “Meta” qərarla razılaşmadığını, yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsinə ciddi diqqət ayırdığını bildirib və apellyasiya şikayəti verməyi planlaşdırır.
08:39 16.08.2026
Oxunuş sayı: 44