Miçiqanda silsilə atışmalar baş verib - Ölənlər var
ABŞ-nin Miçiqan ştatında baş verən silsilə atışmalar nəticəsində 5 nəfər həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Miçiqan ştat polisi bildirib ki, iki evdə və meşəlik ərazidə baş verən silahlı insidentlər zamanı beş nəfər öldürülüb.
Həmçinin əsas şübhəlinin meyiti aşkar edilib. Hadisənin təfərrüatları və atışmaların səbəbləri araşdırılır.
12:38 15.08.2026
Oxunuş sayı: 38