Buludlu havada da günəş kremindən istifadə vacibdir
Buludlu hava günəş şüalarının təsirini tam aradan qaldırmır. Mütəxəssislər ultrabənövşəyi şüaların dəriyə təsirini davam etdirdiyini bildirirlər. Buna görə günəşdən qorunmanın yalnız isti və günəşli havalarda deyil, ilboyu nəzərə alınması tövsiyə olunur.
Crossmedia.az xəbər verir ki, “CNN Türk”ün məlumatına görə, Dermatologiya mütəxəssisi Uzm. Dr. İmge Durmaz buludların ultrabənövşəyi şüaların hamısını əngəlləmədiyini bildirib. O, UVA və UVB şüalarından qoruyan geniş spektrli, SPF 30 və ya 50 səviyyəsində günəş qoruyucularından istifadəni tövsiyə edib.
Mütəxəssis həmçinin boyun, qulaq, əllərin üstü və dodaq ətrafı kimi günəşə açıq qalan nahiyələrin qorunmasının vacibliyini vurğulayıb.
17:40 14.08.2026
Oxunuş sayı: 46