Rusiya Ukraynanın ixrac yollarını hədəfə alır
Rusiya qüvvələrinin Ukraynanın ixrac marşrutlarına zərbələri davam etdirdiyi, bunun ölkənin məhsullarının xaricə daşınmasını çətinləşdirməyə yönəldiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri Odessa vilayətinin Mayaki yaşayış məntəqəsində Dnestr çayı üzərindəki körpüyə zərbə endirib. Moldova sərhədinə yaxın ərazidə yerləşən körpüdən Ukrayna taxılı və digər yüklərin daşınması üçün istifadə olunur.
Müharibənin Öyrənilməsi İnstitutu hesab edir ki, körpünün hədəfə alınması təsadüfi deyil. İnstitutun qiymətləndirməsinə görə, Moskva Ukraynanın dəniz və quru ixrac marşrutlarını ardıcıl şəkildə sıradan çıxarmağa çalışır.
Bu zərbələrin Ukraynanın məhsullarının ixracını çətinləşdirə və ölkə iqtisadiyyatına əlavə təzyiq yarada biləcəyi bildirilir.
16:41 10.08.2026
Oxunuş sayı: 52