Tatarıstandakı dron hücumunda Özbəkistan və Tacikistan vətəndaşları öldü
Tatarıstana Ukrayna PUA-larının hücumu nəticəsində 13 nəfər, o cümlədən bir uşaq həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə hücumun nəticələri ilə bağlı yayılan məlumatlarda bildirilib.
Məlumata görə, ölənlər arasında Özbəkistan və Tacikistan vətəndaşları da var.
Ümumilikdə hücum nəticəsində 13 nəfərin həyatını itirdiyi qeyd olunur.
16:22 10.08.2026
Oxunuş sayı: 56