UEFA-dan İnfantinonun təşəbbüsünə etiraz
FIFA prezidentinin dünya çempionatının hüquqları ilə bağlı təşəbbüsü futbol qurumlarında narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının yayım hüquqlarındakı payların özəl investorlara satılması təşəbbüsü ilə bağlı müstəqil araşdırma aparılmasına çağırıb.
Birgə məktubu Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası və Asiya Futbol Konfederasiyası da imzalayıb. Məktubda təşəbbüsün müstəqil şəkildə araşdırılmasının vacibliyi vurğulanıb.
16:15 10.08.2026
Oxunuş sayı: 48