Malatyada zəncirvari qəza: 7 nəfər yaralandı
Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi (AA) bu barədə məlumat yayıb.
Məlumata görə, sürücülərinin şəxsiyyəti hələlik açıqlanmayan 38 EC 961 dövlət nömrə nişanlı minik avtomobili, 01 BH 544 dövlət nömrə nişanlı yük maşını və 44 BL 055 dövlət nömrə nişanlı digər minik avtomobili Güzelköy məhəlləsində toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 112 Təcili Tibbi Yardım, polis və jandarma əməkdaşları cəlb olunub.
Qəza zamanı yaralanan 7 nəfər təcili tibbi yardım briqadaları tərəfindən Malatyadakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
10:29 03.08.2026
Oxunuş sayı: 69