Qarabağa ingilislərin gətirdiyi oyun: Atı olmayanın oyunu olan FUTBOL
Azərbaycan futbol tarixi də britaniyalıların dəstəyi ilə inkişaf edib. Rast gəldiyimiz bəzi sənədlərdə Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib.
Lakin bu oyunda azərbaycanlıları yaxın buraxmayıblar ki, iştirak etsinlər. Əsasən xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar.
Azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçirilib. Oyun birbaşa Alibaxış Qədimov və ya Maşadi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində baş tutub. Qardaşları ilə neft kampaniyası yaradan Alibaxış Qədimov, Balaxanı camaatı tərəfindən daha çox Mer Kampan adı ilə tanınıb.
İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Alibaxış Qədimovla görüşüb öz sıralarına dəvət ediblər.
İlk öncə milyonçu buna razı olmayıb. Səbəb kimi ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub.
İngilislər təklif ediblər ki, Mer Kampan da özünə bir komanda yaratsın. Əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar.
25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməyə başlanır. Beləcə, ilk futbol klubu kimi “Balaxanı futbolçular dərəni” adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da, bundan sonra Azərbaycanda futbol inkişaf etməyə başlayıb.
İngilis komandaları oyuna çox ciddi və şıq geyimlərdə çıxırdılar. Onlar Bakıya gələndə özləri ilə peşəkar toplar, butsilar və rəngli formalar gətirmişdilər. O vaxtlar yerli azərbaycanlılar hələ dizə qədər uzanan tumanlarda və çarıqlarda, yaxud yalınayaq oynayarkən, ingilislərin “peşəkar” görünüşü yerli gənclərdə həm həsəd, həm də motivasiya yaradırdı.
Bəzi məlumatlara görə, ingilis əsgərləri gedikləri hər yerə özləri ilə futbol topu aparırdılar. Şuşada və Xankəndində dislokasiya olunan Britaniya hərbçilərinin asudə vaxtlarında yerli gənclərlə “top-top” oynaması barədə şifahi xatirələr mövcuddur. 1920-ci illərin əvvəllərində artıq Qarabağın müxtəlif kəndlərində “ingilis topu”na bənzər komandalar yaradılmışdı. O dövrün yaşlı sakinləri futbol topuna bəzən “ingilis yumağı” deyirdilər, çünki bu oyunun mənşəyinin uzaq adalardan gəldiyini bilirdilər.
İngilis əsgərləri Xankəndindəki kazarmaların qarşısındakı düzənlikləri futbol meydançasına çevirmişdilər. Qarabağlı gənclər ilk dəfə hakim fitini, penalti aydınlığını və qapı torunu məhz burada, britaniyalı hərbçilərin oyunlarını izləyərkən görmüşdülər. Hətta bəzi xatırlarda deyilir ki, yerli uşaqlar ingilis əsgərlərinə su gətirir, həmçinin deşilmiş və ya köhnəlmiş həqiqi İngilis futbol toplarını hədiyyə alırdılar.
Qarabağlı gənclər ingilislərə bənzəmək üçün ağ kətan köynəklərinin qollarını çırmalayıb meydana çıxırdılar. Oyun zamanı rəqibə sərt müdaxilə etmək Qarabağ mühitində həm də bir nəzakətsizlik kimi qəbul olunurdu.
Ağdamda və Şuşada yaylaqlara çıxan gənclər arasında “ingilis oyunu” oynamaq bir növ prestij və müasirlik əlaməti hesab olunurdu. Bu, futbolun Qarabağda “küçə oyunu”ndan daha çox, bir “elitar məşğuliyyət” kimi kök salmasına səbəb oldu.
İngilis hərbi missiyasının üzvləri Şuşada olduqları müddətdə Cıdır düzündə at yarışları ilə yanaşı, futbol matçları da təşkil edirdilər. İlk vaxtlar yerli əhali zarafatla deyirdi ki, “atı olmayanın oyunudur futbol”. Lakin çox keçmədi ki, futbolun dinamikası atüstü oyunların sürətini kölgədə qoymağa başladı.
1920-ci ilin aprelində sovet qoşunları gələndə ingilislər bölgəni tərk etdi, lakin onların Xankəndində və Şuşada qoyduqları “futbol toxumları” bir neçə onillik sonra professional “Qarabağ” klubunun yaranmasına zəmin yaratdı və bu gün Qarabağın futbolçuları ingilislərin öz meydanında onlara futbolu necə qoruyub saxladığını və güclü komandaya çevrilməsini göstərir!
Prof. Dr. Zaur Əliyev
17:50 28.01.2026
Oxunuş sayı: 424