Qədim türk astrologiyasında 36 bürc – Sofi Tram-Semenin tədqiqatına görə
Rus tədqiqatçısı və yazıçısı Sofi Tram-Semenin araşdırmalarına əsasən, qədim türk astrologiyasında 36 bürc mövcud olub. Tram-Semen Moskvada incəsənət, teatr və mədəniyyət sahəsində təhsil alıb, eyni zamanda türk tarixi və dünyagörüşü ilə bağlı mühüm tədqiqatlar aparıb.
Onun iddiasına görə, Göy Tanrı inancına malik olan türklər səmanı və onun insan həyatına təsirini diqqətlə müşahidə ediblər. Məşhur 12 Heyvan Təqvimindən fərqli olaraq, türklərin daha geniş – 36 bürclük astroloji sistemi olub.
Qeyd edək ki, aşağıda təqdim olunan məlumatlar qəti elmi faktlar deyil, türklərin həyat tərzi, psixologiyası və mədəni xüsusiyyətlərinə əsaslanan fərziyyələrdir.
36 qədim türk bürcü və xüsusiyyətləri
1. Beçel (2–12 yanvar)
Pessimist təbiətlidirlər, onlara edilən pisliklərə laqeyd yanaşırlar və nadir hallarda qisas alırlar.
2. Pirisuay (13–20 yanvar)
Şöhrət və diqqət mərkəzində olmağı sevirlər. Məntiqli düşünürlər və uzunömürlü olduqları düşünülür.
3. Balauz (21 yanvar – 1 fevral)
Güclü liderlik xüsusiyyətlərinə malikdirlər. Ağıllı və məntiqlidirlər, lakin bəzən amansız ola bilərlər. Elmə maraqları var.
4. Cantay (2–10 fevral)
Səmaya və kosmosa böyük maraq göstərirlər. Zəkalı və diqqətli insanlardır.
5. Ergür (11–18 fevral)
Liderlik qabiliyyəti ilə yanaşı həssasdırlar. Sevgi həyatlarında xəyalpərəst olurlar.
6. Sönegey (19–29 fevral)
Qeyri-sabit və gözlənilməz xarakterə malikdirlər. Sirli və hiyləgər görünsələr də, əslində mehribandırlar.
7. Cannan (1–9 mart)
Melanxolik xasiyyətlidirlər, lakin nəzakətli və mehriban davranırlar. Mistika ilə reallıq arasında tərəddüd edirlər.
8. Satık (10–20 mart)
Azad ruhlu, bəzən qəribə əhval-ruhiyyəli olurlar. Sənətə və həssaslığa meyillidirlər.
9. Toruk (21–31 mart)
Şərəf və qürura böyük önəm verirlər. Güclü iradəli və liderlik qabiliyyətinə malikdirlər.
10. Himmiy (1–10 aprel)
Nikbin və romantik xarakterlidirlər.
11. Huttus (11–20 aprel)
Həssas və qısqanc olsalar da, dürüst və məntiqlidirlər.
12. Hunta (21–30 aprel)
Emosional və tez inciyən insanlardır. Zövqləri incədir.
13. Çolpancı (1–10 may)
Həddindən artıq emosional, saf və uşaq təbiətlidirlər.
14. Kölköl (11–21 may)
Enerjili və cəsarətlidirlər. Sevgi həyatlarında uğurlu olurlar.
15. Çamay (22–31 may)
İdealist, istedadlı və əxlaqi dəyərlərə bağlıdırlar.
16. Küylü (1–10 iyun)
Nizam-intizamı sevirlər. Xəyanəti bağışlamırlar.
17. Kuşmuş (11–21 iyun)
Şən, nikbin və məntiqlidirlər, lakin tənqidçi tərəfləri də var.
18. Sezgək (22–30 iyun)
İnadkar və introvertdirlər, lakin istedadlı və şirin danışan olurlar.
19. Kuşgüdər (1–11 iyul)
Yeməyi sevirlər. Duyğuları məntiqlərindən üstündür. Siyasət və incəsənətə maraqlıdırlar.
20. Gondaray (12–22 iyul)
Güclü yaddaşa malikdirlər və heç nəyi unutmurlar.
21. Ötgür (23–31 iyul)
Maddi dəyərlərə önəm verirlər. Ağıllı və qürurludurlar.
22. Küsümmü (1–12 avqust)
Diqqət mərkəzində olmağı sevirlər. Dedi-qoduya meyllidirlər.
23. Künlü (13–23 avqust)
Psixologiyaya maraqlıdırlar. Sevgi həyatlarında uğurlu olurlar.
24. Sınçima (24 avqust – 1 sentyabr)
Dürüst və şərəfli, eyni zamanda avtoritar xarakterlidirlər.
25. Atçak (2–13 sentyabr)
Həssas və qürurlu olurlar. Bəzən depressiyaya düşə bilirlər.
26. Killi (14–23 sentyabr)
Yüksək zəka və nüfuza malikdirlər, lakin qürurludurlar.
27. Canakki (24 sentyabr – 3 oktyabr)
Özlərini bəzən qeyri-kafi hiss etdikləri üçün məsuliyyətə çox önəm verirlər.
28. Ban (4–12 oktyabr)
Emosional və sevgi dolu insanlardır.
29. Cemiș (13–23 oktyabr)
Güclü intuisiyaya malikdirlər və həyatdan zövq almağı bacarırlar.
30. Batik (24 oktyabr – 1 noyabr)
Cəsarətli, lider ruhlu və dostluqda etibarlıdırlar.
31. Hırtlı (2–12 noyabr)
Qərarlarının arxasında möhkəm dayanırlar.
32. Tutamış (13–22 noyabr)
Dini və mistik mövzulara maraqlıdırlar, əhval-ruhiyyələri tez dəyişir.
33. Uslu (23 noyabr – 2 dekabr)
Müşahidəçi və obyektivdirlər. Tolerant xarakterə malikdirlər.
34. Kutas (3–12 dekabr)
İnadkar və qısqanc, başa düşülməsi çətin insanlardır.
35. Tusanak (13–21 dekabr)
Güclü xarakterlidirlər və əmr verməyi sevirlər.
36. Tutar (22 dekabr – 1 yanvar)
Problemləri tez həll edirlər. Asan inciyən olduqları üçün dost çevrələri az olur.
"Typelish.com" saytından tərcümə etdi: Kübra Musayeva
00:35 25.01.2026
Oxunuş sayı: 745