TRİPP marşrutu ilə bağlı rəsmi İrəvanın əsas öhdəlikləri açıqlanıb
TRİPP marşrutu ilə bağlı rəsmi İrəvanın əsas öhdəlikləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan və ABŞ hökumətləri “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin Ermənistan-ABŞ çərçivəsində icrasının dərc olunması ilə bağlı birgə bəyanatda qeyd olunub.
Bildirilib ki, Ermənistan TRIPP-in milli maraqlara xidmət edən strateji təşəbbüs kimi uğur qazanmasına sadiqdir və aşağıdakı addımları atmağı planlaşdırır:
– TRIPP İnkişaf Şirkəti ilə tam əməkdaşlıq və dəstək göstərmək,
– Ermənistan hökumət qurumları arasında effektiv koordinasiyanı təmin etmək,
– icazə, təsdiq və tənzimləyici proseslərin vaxtında həyata keçirilməsini asanlaşdırmaq,
– ABŞ tərəfdaşları ilə açıq kommunikasiya saxlamaq,
– TRIPP-in tam potensialının reallaşdırılması üçün regional nizamlanma istiqamətində çalışmaq,
– Ermənistan qanunları, qaydaları və beynəlxalq razılaşmalar əsasında və beynəlxalq standartlara uyğun olaraq insanlar, nəqliyyat vasitələri və mallar üçün, o cümlədən Azərbaycan ilə onun Naxçıvan Muxtar Respublikası arasında iki istiqamətli hərəkətə dair diferensial prosedurlar hazırlamaq”, - bəyanatda bildirilib.
11:00 14.01.2026
Oxunuş sayı: 1013