2000 il əvvəlki Azərbaycan: Roma tarixçisinin heyran qaldığı xalq
Pomponius Mela, təqribən I əsrin 15-ci ilində yaşamış Roma coğrafiyaşünasıdır və onun “Yerin Təsviri” (De Chorographia) adlı əsəri “Yer kürəsinin vəziyyəti haqqında” məlumat verir; bu əsərdə, qədim yunan müəlliflərinə əsaslanaraq, Roma imperiyası üçün məlum olan ölkələr, xalqlar, Atropatena, Qafqaz Albaniyası, Xəzər dənizi və onun ətrafı haqqında ətraflı məlumat verilir, onun əsəri o dövrün coğrafi təsəvvürlərini əks etdirir.
Kitabı oxumaq üçün https://la.wikisource.org/wiki/De_chorographia linkinə keçid edin. Əgər dil bilmirsinizsə, Google Translate proqramına müraciət edə bilərsiniz. Tam olmasa da, ümumi sözləri tərcümədə oxumaq olacaq.
Pomponius Mela öz əsərində “Azərbaycan” adını işlətməsə də, Qafqaz Albaniyası və Atropatena barədə verdiyi məlumatlar müasir Azərbaycan ərazisinə aiddir.
Mela Azərbaycan ərazisindən keçən və dünyanı şimaldan cənuba ayıran böyük dağ silsiləsindən bəhs edir. O yazır ki, Albaniya Qafqaz dağlarının ətəyində yerləşir və Xəzər darvazalarını (Dərbənd keçidi və ya Beşbarmaq tərəflərini) nəzarətdə saxlayır.
Müəllif yazıda Albaniyanı sadəcə bir ölkə deyil, şimaldan gələn köçəri tayfaların qarşısını alan bir “sədd” kimi təsvir edir.
Pomponius Mela Albaniyanı Qafqazın şərqində, Xəzər dənizinin sahilində yerləşən geniş və əhəmiyyətli bir ölkə kimi təsvir edir. Albaniya şimaldan Qafqaz dağları, şərqdən isə bütövlükdə Xəzər dənizi ilə həddlənir.
Müəllif albanları Xəzər sahilinin ən böyük və hakim xalqlarından biri kimi göstərir. Mela qeyd edir ki, Albaniya hüdudlarında və qonşu ərazilərdə (Sarmatiya ilə sərhəddə) qadınlar kişilərlə eyni hüquqa malikdir və onlar hərbi təlimlərdə iştirak edir. Müəllif yerli xalqı belə təsvir edir:
“Onlar heç bir xarici gücə tabe olmaq istəməyən, öz qanunları və adətləri ilə yaşayan dikbaş bir xalqdır.”
“Albania post Hiberiam est, campestris et fertilis, bellicosa gens” – Albaniya Iberiyadan sonra yerləşir; düzənlikləri və münbit torpaqları olan, döyüşkən xalqdır.
“Albanorum mores simplices sunt; arma et equi honorantur” – Albanların adətləri sadədir; silah və at yüksək dəyər daşıyır. Mela onların bölgənin aparıcı gücü kimi təqdim edir və qonşu tayfalara nəzarət etdiyini qeyd edir:
“Albanlar açıq rəngli dəriyə, bəyaz və mavi göz rənginə malik xalqdırlar və uca boyları var. (Albanorum corporum color pallidus, oculi caerulei sunt) Fiziki cəhətdən çox güclü olan bu xalq (Corpora robusta sunt; statura mediocris, sed fortitudine praecedunt) həm yaxın döyüşdə, həm də uzaqdan ox atmaqda mahir döyüşçüdür. Bu xalq pula və var-dövlata deyil, torpağa və azadlığa daha çox önəm verir. (Generosi et liberi animi viri sunt, mores simplices) Qadınları çox cəsurdur və müharibə zamanı silaha sarılaraq kişilərlə bərabər döyüşə gedirlər.”
Qeyd edim ki, əsərdə “Armenia” termini rast gəlsə də, bu, heç bir sabit sərhədi olmayan, müxtəlif imperiyalar (Roma və Parfiya) arasında daim bölünən bir ərazi kimi göstərilir. Bir çox erkən xəritə nüsxələrində isə Albaniya və Atropatena daha stabil siyasi güc kimi göstərilir.
Mela üçün “Ermanistan” bir xalqın vətənindən daha çox, Roma legionlarının keçdiyi soyuq və dağlıq bir keçid zonası idi.

Prof. Dr. Zaur Əliyev
09:21 08.01.2026
Oxunuş sayı: 1333