Elmira Axundova: Heydər Əliyev mənim üçün daima canlıdır
Mən Ulu öndəri şəxsən tanıyırdım və o mənə hər zaman dəstək verirdi.
Bunu Xalq yazıçısı Elmira Axundova Ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini Crossmedia.az-la bölüşərkən deyib:
"O mənim yazılarımı oxuyur, bəyənirdi. Mən Heydər Əliyevlə 10 il ərzində 56 ölkədə oldum. Heydər Əliyev fəaliyyətimi yüksək qiymətləndirirdi. O, mənə “Şöhrət” ordeni verdi. Mən də ömrüm boyu onun haqqında 55 kitaba yaxın kitab nəşr etdirmişəm. Bunların hər biri Heydər Əliyevə həsr olunub və 6,7 dilə tərcümə olunub. O mənim üçün daima canlıdı və mən tək özəl günlərdə yox hər zaman onunlayam.
16:11 12.12.2025
Oxunuş sayı: 1637