Karbon qazını tutmaq üçün yeni material hazırlandı
ABŞ alimləri sənaye müəssisələrinin atmosferə buraxdığı karbon qazının tutulmasını asanlaşdıra biləcək yeni material hazırlayıblar. Yeniliyin əsas xüsusiyyəti yüksək rütubətli mühitdə belə effektivliyini qorumasıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Science Daily" məlumat yayıb.
Oreqon Dövlət Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan BVR-X adlı material karbon qazını su buxarından ayırmağa imkan verir. Əvvəlki texnologiyalarda yüksək rütubət karbon qazının tutulmasını çətinləşdirirdi. Yeni material isə su molekullarının təsirinə baxmayaraq öz funksiyasını davam etdirə bilir.
Laboratoriya sınaqları zamanı materialın karbon qazını dəfələrlə tutub buraxdıqdan sonra da effektivliyini qoruduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə zavod və elektrik stansiyalarının atmosferə buraxdığı zərərli emissiyaların azaldılmasına kömək edə bilər.
05:13 18.11.2026
Oxunuş sayı: 77