Yuxu dərmanı ilə bağlı xəbərdarlıq edildi
Hər gecə qəbul edilən melatonin ürəyə təhlükə yarada bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 130 mindən çox insanın tibbi məlumatları əsasında aparılan ilkin araşdırmada uzunmüddətli melatonin istifadəsi ilə ürək çatışmazlığı arasında əlaqə aşkarlanıb.
Tədqiqat yuxusuzluq diaqnozu olan şəxslərin məlumatlarını əhatə edib.
Nəticələrə görə, ən azı 12 ay melatonin istifadəsi qeydə alınan qrupda ürək çatışmazlığı diaqnozu 4,6 faiz, müqayisə qrupunda isə 2,7 faiz təşkil edib. Tədqiqatçılar həmçinin melatonin istifadə edənlər arasında ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə göstəricisinin daha yüksək olduğunu bildiriblər.
Bununla belə, alimlər nəticələrin melatoninin birbaşa ürək xəstəliyinə səbəb olduğunu sübut etmədiyini vurğulayıblar. Araşdırma ilkin xarakter daşıyır və uzunmüddətli istifadənin təhlükəsizliyini müəyyənləşdirmək üçün əlavə elmi tədqiqatlara ehtiyac var.
03:11 18.11.2026
Oxunuş sayı: 107