Türkiyədə zəlzələ: Van sakinləri təşvişə düşdü
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sondakika” məlumat yayıb.
Noyabrın 17-də saat 19:07-də baş verən yeraltı təkanlarla bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Zəlzələnin dərinliyi, ətraf yaşayış məntəqələrində hiss olunması və mümkün dağıntılar barədə məlumat gözlənilir.
20:12 17.11.2026
Oxunuş sayı: 40