Hakan Fidandan təhsil sahəsində MÜHÜM AÇIQLAMA
Türkiyə və Suriya paytaxt Dəməşqdə birgə universitet yaradılması ilə bağlı razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
Fidanın sözlərinə görə, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşma əldə olunub. Türkiyə-Suriya Universitetinin Dəməşqdə yaradılması nəzərdə tutulur.
Ortaq universitetin Suriyanın yenidən qurulması prosesində ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasına töhfə verməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə və Suriya arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr bir müddətdir davam edir. Tərəflər universitetlər arasında akademik əlaqələrin genişləndirilməsi, birgə təhsil proqramlarının yaradılması və elmi əməkdaşlığın gücləndirilməsini də nəzərdə tuturlar.
18:50 17.11.2026
Oxunuş sayı: 71