Afrikada Çin vətəndaşı qaçırılıb — TƏFƏRRÜAT
Afrikanın Konqo Demokratik Respublikasının (KDR) şərqində Çin vətəndaşı silahlı şəxslər tərəfindən qaçırılıb. Hadisə zamanı iki nəfər öldürülüb, daha bir nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Okapi” radiosuna məlumat yayıb.
Məlumata görə, noyabrın 14-də Çin vətəndaşının olduğu avtomobil Tanqanika əyalətindəki Kalemi-Bendera magistralında silahlı qrupun pusqusuna düşüb.
Hücum edənlər Çin vətəndaşını naməlum istiqamətdə, meşəlik əraziyə aparıblar. Hadisə zamanı onu müşayiət edən hərbçi və dağ-mədən şirkətinin əməkdaşı güllələnərək öldürülüb. Avtomobilin sürücüsü isə yaralanıb.
Bildirilib ki, Tanqanika əyalətində dağ-mədən müəssisələrində çalışan Çin vətəndaşlarının təhlükəsizliyi ilə bağlı narahatlıq getdikcə artır. Kalemi-Bendera yolunda əvvəllər də çinli mütəxəssislərə qarşı oxşar hücumlar qeydə alınıb.
“Okapi”nin məlumatına görə, əvvəlki hücumlar zamanı girov götürülən bəzi şəxslər fidyə ödənildikdən sonra azad ediliblər.
Hazırda qaçırılan Çin vətəndaşının axtarışları davam etdirilir.
18:58 17.11.2026
Oxunuş sayı: 64