Moskva Yaxın Şərqdəki münaqişə ilə bağlı bəyanat yayıb
Rusiya Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanatla çıxış edib.
O bildirib ki, Moskva mülki əhaliyə qarşı hücumları və mülki obyektlərin, o cümlədən Fars körfəzi ərəb dövlətlərinin ərazilərinin hədəfə alınmasını qəbuledilməz hesab edir.
Zaxarovanın sözlərinə görə, Rusiya ölkələr arasında fikir ayrılıqlarının danışıqlar masası arxasında həllinin tərəfdarıdır və sülhün əldə olunması üçün lazımi dəstəyi göstərməyə hazırdır.
Qeyd edək ki, iyun ayında ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını, ABŞ-nin dəniz blokadasının aradan qaldırılmasını və Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpasını nəzərdə tutan İslamabad memorandumu imzalanıb. Sənədə əsasən, hərtərəfli razılaşmanın hazırlanması üçün 60 gün ayrılıb.
Lakin bundan sonra ABŞ yenidən İran obyektlərinə zərbələr endirib, Tehran isə Hörmüz boğazını bağlayıb.
18:39 17.11.2026
Oxunuş sayı: 68