İsrailin məskunlaşma layihələri ilə bağlı Britaniyadan sərt qərar
Böyük Britaniya İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsində iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya rəsmisi Ed Milibənd açıqlama verib.
O bildirib ki, İsrail yaşayış məntəqələrinin qanunsuz genişləndirilməsi münaqişənin iki dövlət prinsipi əsasında həllinə mane olur.
Milibəndin sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər həmin şirkətlərin fəaliyyətlərini maliyyələşdirməyə imkan verən vəsaitlərə çıxışını məhdudlaşdıracaq.
Britaniya rəsmisi, xüsusilə E1 layihəsi də daxil olmaqla, məskunlaşma fəaliyyətlərində iştirak etməyi nəzərdən keçirən şirkətlərə xəbərdarlıq edib. O, belə təşəbbüslərə qoşulan qurumlara qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıb.
Ed Milibənd qeyd edib ki, Britaniya ictimaiyyəti şirkətlərin qanunsuz işğalı dəstəkləməsini istəmir və Qəzza zolağına humanitar yardımın çatdırılmasını tələb edir.
Onun sözlərinə görə, London iki dövlət prinsipinin qorunması və beynəlxalq hüquqa əməl olunması üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcək.
18:32 17.11.2026
Oxunuş sayı: 84