Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
Dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.(APA)
19:39 17.11.2026
Oxunuş sayı: 38